Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradılıb

2022/03/12123-1648303604.jpg
Oxunub: 431     21:43     09 Noyabr 2022    
Ukrayna Rusiya ordusunun Xersonu döyüşsüz tərk etməsinə dair əlamətləri görmür.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Mixail Podolyak bildirib.

Podolyak qeyd edib ki, Rusiya ordusunun böyük hissəsi Dneprin sol sahilində qalıb və əraziyə əlavə qüvvələr cəlb edilir. Ukrayna dövləti bəyanatlara deyil, öz kəşfiyyatına inanır.

Bu arada, Ukrayna Prezidenti Voldimnir Zelenski Xerson vilayətinin yaşayış məntəqələrində 4 hərbi administrasiya yaratmaq barədə fərman imzalayıb. Baş qərargaha sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xerson   Ukrayna  


Bizi "telegram"da izləyin