Vətən müharibəsinə həsr olunan “Göz bəbəyim” bədii filmi nümayiş olunub

2022/11/566-1667646266.jpg
Oxunub: 406     16:01     05 Noyabr 2022    
AzTV-nin 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Göz bəbəyim” bədii filminin nümayişi keçirilib.

Ordu.az xəbər verir ki, film 44 günlük Vətən müharibəsi fonunda iki gəncin sevgisindən bəhs edir.

"Park Cinema Bulvar" kinoteatrında ödənişsiz nümayiş olunan filminin rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə və icraçı prodüseri isə Nicat Həsənlidir.

Qeyd edək ki, ekran işi noyabrın 8-si saat 18:00-da AzTV-də yayımlanacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-Müharibəsi   Film  


Bizi "telegram"da izləyin