Britaniyanın müdafiə naziri: “Ölkədə F-35 üçün kifayət qədər pilot yoxdur”

2022/11/1667365721.jpg
Oxunub: 359     07:36     02 Noyabr 2022    
Ən son F-35 qırıcı-bombardmançı təyyarələrini idarə etmək üçün İngiltərədə kifayət qədər pilot yoxdur və onların təlimi çox uzun çəkir.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyada pilotların hazırlanması sxemi onun istədiyi yerdə deyil və o, mütəxəssislərin hazırlanması ilə bağlı vəziyyəti kifayət qədər problemli adlandırıb.

Uolles qeyd edib ki, uçuş heyətinin təlimində daim gecikmələr olur. Buna görə də, mütəxəssislərin hazırlığı müəyyən edilmiş iki-üç il əvəzinə səkkiz ilə qədər davam edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   F-35  


Bizi "telegram"da izləyin