Rusiya XİN: Ukrayna taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir

2022/07/17399-1656692705.jpg
Oxunub: 492     19:25     01 Noyabr 2022    
Ukrayna Qara dənizdəki taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsarla görüşündə deyib.

"Görüş zamanı beynəlxalq platformalarda Rusiya-Türkiyə əməkdaşlığının əsas istiqamətləri, ilk növbədə, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınması üzrə "Qara dəniz Təşəbbüsü" bu yaxınlarda Kiyevin Sevastopola qarşı törətdiyi terror aktı kontekstində təhlil edilib", - deyə Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   XİN  


Bizi "telegram"da izləyin