Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Nigeriyadakı səfiri Hidayet Bayraktar məlumat verib.
2021-ci ildə Nigeriya ilə Türkiyə arasında “Müdafiə Sənayesi Əməkdaşlıq Sazişi” imzalanıb. Bu çərçivədə Nigeriya Türkiyəyə T129 “Atak” hücum və taktiki kəşfiyyat helikopteri və “Bayraktar TB2” PUA-ları sifariş edib.
Hidayet Bayraktar ölkənin təhlükəsizlik arxitekturasının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində Türkiyədən gələn PUA və helikopterlərin tezliklə Nigeriyaya çatacağını bildirib. Bayraktar Türkiyədən Nigeriyaya təhlükəsizlik dəstəyini iki ölkə arasında 2021-ci ildə imzalanan müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin nailiyyəti kimi qiymətləndirib.
T129 “Atak” hücum və taktiki kəşfiyyat helikopterini sifariş edən üçüncü xarici ölkə olan Nigeriya Filippindən sonra “Atak”ın ikinci xarici istifadəçisi olacaq.
Sevinc Əliyeva
Ordu.az