Ordu.az xəbər verir ki, tərəflər arasında artıq müqavilə imzalanıb.
Sözügedən helikopterlər şirkətin “Vergiate” obyektində yığılacaq. Onların tədarüklərinin 2023-2026-cı illərdə baş tutacağı gözlənilir. Müqaviləyə, həmçinin pilotlar və texniki qulluqçular üçün hərtərəfli logistik dəstək paketi və təlim xidmətləri daxildir.
Helikopterlərin çatdırılması “Karabineri”lərə milli icmaların təhlükəsizliyini daha da gücləndirməyə və artırmağa imkan verəcək. Bundan əlavə, bu helikopterlər quruda patrul-kəşfiyyat missiyalarını həyata keçirməyə, kritik hədəfləri müəyyən etməyə, istintaq sübutları toplamağa və quru bölmələrinin fəaliyyətini dəstəkləməyə kömək edəcək.
Sevinc Əliyeva
Ordu.az