Türkiyənin “Bayraktar TB3” PUA-ları üçün yerli mühərriklər təhvil verilib

2022/11/Bayra-1667301361.jpg
Oxunub: 7716     15:44     01 Noyabr 2022    
Türkiyənin “Bayraktar TB3” PUA-ları üçün ölkənin TEİ şirkəti tərəfindən istehsal edilən yerli mühərriklər təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə TEI-nin baş direktoru Mahmut Faruk Akşit məlumat verib.

O, “Bayraktar TB3” üçün PD170 turbodizel aviasiya mühərriklərinin təhvil verildiyini bildirib:

“İnkişaf etdirdiyimiz mühərriklər dünyada öz sinfində ən yaxşı mühərriklərdir, bu sinifdə 30000 fut hündürlüyünü keçən başqa heç bir PUA mühərriki yoxdur. “Aksungur” üçün hazırlanan mühərriklər 30000 futu keçib və mühərrik “Aksungur” ilə 49 saat havada qalıb. Nəhayət, TB3 üçün bu PD170 seriyasından mühərriklərimizi təhvil verdik və “Baykar” onların inteqrasiyası ilə məşğuldur”, - deyə Akşit qeyd edib.

Akşit TF6000-in “Kızılema” pilotsuz döuüş təyyarələrində istifadə oluna biləcəyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bayraktar  


Bizi "telegram"da izləyin