Volodin: "Taxıl razılaşması" əvvəlki şərtlərlə mümkün deyil

2022/09/16641-1664185136.jpg
Oxunub: 370     10:34     01 Noyabr 2022    
Ukrayna taxılının daşınması üçün istifadə olunan təhlükəsiz dəhlizin terrorçuluq məqsədləri ilə istifadəsi yolverilməzdir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında deyib.

Xatırladaq ki, oktyabrın 29-u Rusiya Ukrayna dəniz limanlarından məhsulların daşınması üçün əldə olunmuş razılaşmada iştirakından imtina edib. Buna səbəb kimi Sevastopol akvatoriyasında Qara Dəniz donanmasının gəmilərinin və mülki gəmilərin Kiyevdən vurulması göstərilmişdi.

“Dəhlizin terrorçuların hücumları üçün istifadə edildiyi müddət ərzində taxıl sazişinin yenilənməsi mümkün deyil”, - Volodin vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Volodin   Rusiya  


Bizi "telegram"da izləyin