Krımda partlayış olub, Rusiyanın bir neçə hərbi gəmisi məhv edilib

2022/10/1665210645.jpg
Oxunub: 1198     13:25     29 Oktyabr 2022    
Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat verib.

Bildirilib ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib.

Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının "Moskva" hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan "Admiral Makarov" freqatı da məhv edilənlər sırasındadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı informasiyanı hələ təsdiqləməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin