“Hraparak”: Sunakın baş naziriyi Ermənistana hansı mesajı verir?

2022/10/image-1667034871.jpg
Oxunub: 588     12:15     31 Oktyabr 2022    
Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri Rişi Sunakın baş nazir və Britaniya Mühafizəkarlar Partiyasının sədri vəzifələrinə başlaması münasibətilə təbrik məktubu göndərib. Paşinyan bir neçə gün əvvəl Britaniya hökumətinin başçısı vəzifəsini icra edən və Britaniya tarixində ilk Hindistan əsilli baş nazir olan baş nazir Sunaka ən xoş arzularını çatdırıb.

Bundan əvvəl Sunak Britaniyanın maliyyə naziri vəzifəsini tutub. O, “Yorkşir vadilərinin maharacası” adlanır və ən aristokratik rəftarı və zövqlü geyinməsi ilə diqqət çəkib.

Əslən hindistanlı Rişi Sunak Britaniyanın 200 ən zəngin adamından biridir. Onun hind əsilli ailəsi mühacir olub. Beynəlxalq mətbuatda çıxan nəşrlərə görə, nənəsi zinət əşyalarını Sunak ailəsinin Böyük Britaniyaya çatması üçün satıb. Bu gün o ailənin nümayəndəsi dövlətçiliyin və siyasi sistemin ən dərin köklərinə, bərqərar olmuş demokratiyaya, güclü iqtisadiyyata, nüvə arsenalına, BMT Təhlükəsizlik Şurasına “veto” hüququ ilə daimi üzvlüyə, sabit ənənələrə malik dövlətə rəhbərlik edəcək. Yeri gəlmişkən, bu yaxınlarda məlum olub ki, baş nazir Sunak hindlilərin dini bayramlarından birini Britaniya baş nazirlərinin iqamətgahında qeyd edib.

Bütün bunlar, əlbəttə ki, çox maraqlıdır. Amma gəlin Ermənistana qayıdaq.

“Hraparak” nəşri yazır ki, bu gün erməni reallığında ölkə başçısı kimi məğlubiyyət simvoluna çevrilmiş Nikol Paşinyan fiquru var, onu heç bir şəkildə “köçürmək” və ya “evə göndərmək” mümkün deyil. Bunun da səbəblərindən biri də baş nazirliyə uyğun namizədin olmamasıdır. Bu vaxt ingilislər vergi islahatları ilə bağlı kiçik bir uğursuzluğa görə Liz Trassı çox asanlıqla və tez bir zamanda vəzifəsindən uzaqlaşdırdılar və bu vəzifəni bir neçə həftə əvvəl bəlkə də az adamın tanıdığı birinə həvalə etdilər. Bəs ingilislərin bu cür “asanlıqla” məsələləri həll edə bilmələrinin səbəbi nədir, amma biz bacarmırıq? Çoxlarının problemin milli mentalitet fərqliliyində olduğunu deyəcəyi istisna deyil.

İngilislər bizdən fərqli olaraq daha soyuqqanlı, praqmatik, erməni emosionallığından və sentimentallığından uzaqdırlar. Ola bilsin ki, onların əsrlər boyu sabit dövləti, siyasi sistemi, kristallaşan dövlət-siyasi ənənələri, formalaşmış dövlət-siyasi elita və s. olması faktı da rol oynayır. İndiki Böyük Britaniya Britaniya İmperiyasının varisidir, onun haqqında “Britaniya İmperiyasında günəş heç vaxt batmır” deyirdilər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sunak   Ermənistan  


Bizi "telegram"da izləyin