Ankara və London arasında əməkdaşlıq müzakirə edilib

2022/10/1667020098.jpg
Oxunub: 259     01:56     29 Oktyabr 2022    
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə cümə günü Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında siyasi və iqtisadi əlaqələrin vəziyyəti, müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib.

Həmsöhbətlər Rusiya-Ukrayna müharibəsi mövzusu, İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesi, eləcə də regional mövzulara toxunublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna   Britaniya  


Bizi "telegram"da izləyin