2016-cı ildə “Nokia”nın keçmiş rəhbərləri tərəfindən yaradılan və 350 milyon dollarlıq müqavilə ilə “Nokia”nın mobil telefon bölməsini “Microsoft”dan geri alan “HMD Global” şirkəti yeni “Nokia XR20” smartfonunu təqdim edib. Şirkət smartfonun indiyə qədər yaradılmış ən davamlı telefon olacağını bildirib.
XR20 telefonu 6,67 düymlük “Gorilla Glass Victus” displeyi ilə təchiz edilib və şirkətin məlumatına görə, cızıqlardan və 6 fut hündürlükdən düşmələrdən yaranan zədələrə qarşı qoruna bilir.
XR20 ultra sürətli 5G internet imkanları, 48 və 13 meqapiksel ikili obyektivli əsas kameraya malikdir. Qara və mavi rənglərdə mövcuddur.
Sevinc Əliyeva
Ordu.az