Avstraliya Ukrayna hərbçiləri üçün təlim proqramına qoşulub

2021/04/66-p-1617612509.jpg
Oxunub: 375     14:15     29 Oktyabr 2022    
Avstraliya Böyük Britaniyada ukraynalı hərbçilərə təlimlərin keçirilməsi üçün yaradılan proqrama töhfə verən ölkələr siyahısına qoşulacaq.

Ordu.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

"Mən şadam ki, Avstraliya 2023-cü ildən Böyük Britaniyada ukraynalı hərbçi kadrların hazırlanmasını dəstəkləyəcək və bu təlimlərin təşkilində iştirak edəcək digər 8 tərəfdaş ölkəyə qoşulacaq. Avstraliyanın Silahlı Qüvvələri dünya səviyyəlidir və ukraynalı dostlarımızın öz ölkələrini müdafiə etmək üçün lazım olan bilik və bacarıqlara malik olmasını təmin etmək üçün zəngin təcrübəsi ilə töhfə verəcək", - deyə Britaniya müdafiə naziri bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Ukrayna   Təlim  


Bizi "telegram"da izləyin