Britaniya Türkiyəyə "Eurofighter" qırıcılarını sata bilər

2021/07/Royal-1626077091.jpg
Oxunub: 719     18:55     26 Oktyabr 2022    
Böyük Britaniya Türkiyəyə ABŞ-ın F-35 qırıcılarına alternativ olaraq "Eurofighter" qırıcılarını sata bilər.

Ordu.az xəbər verir ki, bunu bu gün Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyədə jurnalistlərə açıqlamasında deyib.

"Biz Türkiyəyə "Eurofighter" qırıcılarının satışı barədə düşünürük. Amma bu məsələni ilk növbədə Türkiyə hökuməti və Hərbi Hava Qüvvələri həll etməlidir", - nazir deyib.

Qeyd edək ki, bu gün Türkiyədə B.Uolleslə türkiyəli həmkarı Hulusi Akar arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Britaniya   HHQ  


Bizi "telegram"da izləyin