İstanbulda keçirilən SAHA sərgisində 250 xarici və 750 yerli şirkət iştirak edir

2022/10/Saha--1666792159.jpg
Oxunub: 342     09:34     28 Oktyabr 2022    
25-28 oktyabr 2022-ci il tarixləri arasında İstanbul Sərgi Mərkəzində keçirilən SAHA sərgisində 50-dən çox ölkədən 250 xarici və 750 yerli şirkət şirkət iştraik edir.

Ordu.az xəbər verir ki, keçən il 18.000-dən çox peşəkar ziyarətçini qəbul edən SAHA bu il 30.000 fiziki ziyarətçini qəbul edib.

SAHA 816 üzv şirkət və 23 universitetlə Türkiyənin və Avropanın ən böyük müdafiə, aerokosmik və kosmik sənaye klasteridir. Sərgi Türkiyə hökumətinin himayəsi altında keçirilir.

Nəhəng müdafiə sənayesi şirkətlərindən tutmuş kiçik şirkətlərə, universitetlərə, təchizatçılara və araşdırma-inkişaf mərkəzlərinə qədər müdafiə, aerokosmik və kosmos sektorlarının bütün maraqlı tərəflərini bir araya gətirəcək SAHA həm iştirakçılara, həm də ziyarətçilərə mühüm əməkdaşlıq imkanları təqdim edəcək. Aviasiya, dənizçilik və kosmos sektorlarında strateji əhəmiyyət kəsb edən bir çox məhsul ilk dəfə nümayiş etdirilir.

Sərgi “Baykar”, ASELSAN, TUSAŞ (TAI & TEI), ROKETSAN, HAVELSAN, “Otokar”, BMC, STM, FNSS, TAIS, “Leonardo UK”, “Thales”, “Dassault Systemes”, “Barzan” kimi dünyaca məşhur brendlərə ev sahibliyi edir.

Tədbir 6 zalda, 60.000 m2 sahədə təşkil olunur. Sərgidən sonra ilk dəfə “Metaverse” sərgisi keçiriləcək. SAHA METAVERSE sərgisi dünyanın hər yerindən olan ziyarətçilərə sərgini ziyarət etmək və layihələrə öz avatarları ilə baxmaq imkanı verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SAHA  


Bizi "telegram"da izləyin