İlham Əliyev: "Azərbaycanla Birləşmiş Krallıq arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk"

2022/10/presi-1666280596.jpg
Oxunub: 327     16:40     26 Oktyabr 2022    
"Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk".

Ordu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunaka ünvanladığı məktubda yer alıb.

"Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir", - məktubda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin