Ordu.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Britaniyanın müdafiə naziri Ben Uolles GDH-ya açıqlamasında deyib.
“Mən ümid edirəm ki, Türkiyənin müdafiə sənayesi şirkətlərinin BAE Systems və "Rolls Royce" ilə də əməkdaşlığı olar”, - nazir bildirib.
Britaniya müdafiə naziri "Bayraktar" PUA-ları barədə də danışıb: “Mən "Bayraktar"ların qabiliyyətlərini görmüşəm. Türkiyənin müdafiə sənayesi gücünə güc qatır. İnanılmaz qabiliyyətləri var və mənim üçün bunları gəlib görmək vacib idi. Bizim Türkiyə ilə müdafiə sənayesində səmərəli əməkdaşlığımız var və bu əməkdaşlıqda hər zaman daha çoxunu kəşf etməyi düşünürük”.
Nazir Ben Uolles Britaniyanın "Eurofighter" hərbi təyyarələrinin Türkiyəyə satışı ilə bağlı sualı da cavablandırıb: “Biz açıq şəkildə bu satışı düşünürük, lakin bu, Türkiyənin Hava Qüvvələrinin və hökumətin verəcəyi qərardır”.
O, türkiyəli həmkarı Hulusi Akarla İstanbulda keçirilən müdafiə sərgisini də ziyarət edib.
Ordu.az