Bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb. Görüşdə regionda təhlükəsizlik vəziyyəti, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryanın sözlərinə görə, dünya çox dinamik şəkildə dəyişdiyi bir vaxtda Ermənistan cəmiyyəti 30-50 il əvvəl mövcud olan informasiya ilə hərəkət edir.
“Yadınızdadırmı, Türkiyə ermənilərə hücum edəndə Böyük Britaniyanın Baş nazirindən soruşdular ki, niyə ermənilərə kömək etmirsiniz? O, Britaniya gəmilərinin erməni dağlarına qalxa bilməyəcəyini söylədi. Bu, 107 il əvvəl olub, indi Ermənistanda da eyni şeylər deyilir. Məndə belə bir təəssürat yaranıb ki, bizim siyasi düşüncəmiz inkişaf etmir. “Bayraktar”lar isə göstərdi ki, erməni dağlarına çıxıb əsgərlərimizə atəş açmaq olar. Deməli, Britaniya təyyarələri, helikopterləri, PUA-ları gəlib bizə kömək edə bilər. Dünya dəyişir, yeni texnologiyalar yaranır, biz bütün bunları nəzərə almalıyıq”, - deyə Qriqoryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az