Üç gündə iki telefon zəngi| Ostinlə Şoyqu “çirkli bomba”nı harada partladacaq?

2022/10/1666782863.jpg
Oxunub: 535     15:17     26 Oktyabr 2022    
Oktyabrın 21-də ABŞ və Rusiya müdafiə nazirləri arasında təxminən altı aylıq fasilədən sonra telefon danışığı olub. Onlar sonuncu dəfə may ayında telefon danışığı aparıblar. Rusiya-Amerika arasında yüksək siyasi səviyyədə sonuncu dəfə danışıqlar iyulun sonunda olub. Bu zaman Blinken və Lavrov arasında iki nəfərin azad edilməsi və dəyişdirilməsi ilə bağlı müzakirələr aparılıb. Xatırladaq ki, Rusiyada ABŞ vətəndaşları həbs edilib. Blinkenlə Lavrovun ancaq bu haqda danışdığı rəsmən açıqlandı. Onlar sentyabrda eyni mövzuda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda da görüşə bilərdilər, lakin görüş baş tutmadı.

ABŞ prezidenti Bayden bəyan edir ki, o, Putinlə Amerika vətəndaşlarının azad edilməsi barədə danışmağa hazırdır və ancaq bu mövzuda danışıqlar ola bilər.

Bu fonda ABŞ müdafiə nazirinin Şoyqu ilə telefon danışığı baş verir və bununla bağlı rəsmi məlumatda Ukraynadakı vəziyyətin müzakirə edildiyi qeyd olunur.

Oktyabrın 21-də baş tutan telefon danışığından sonra oktyabrın 23-də, üç gündən sonra ikinci dəfə Ostin-Şoyqu telefon danışığı olub. Bu o deməkdir ki, söhbət substantiv söhbətdən gedir, xüsusən də nəzərə alaq ki, birinci və ikinci söhbətlər arasında Ostin Ukraynanın müdafiə naziri ilə danışıb. Birinci söhbətdən sonra Şoyqu Türkiyə, Fransa və Britaniyadan olan həmkarlarına zəng edib. Bu zaman Kiyevin guya “çirkli bomba” hazırlaya biləcəyindən danışılıb.

Maraqlıdır, Ostin və Şoyqu oktyabrın 21-də altı aylıq fasilədən sonra nə danışıblar ki, həmin telefon danışığından iki gün sonra Şoyqu yenidən zəng edib?

Ukrayna prezidenti Zelenski “çirkli bomba” ilə bağlı verdiyi açıqlamadan sonra belə bir bombanın ancaq Moskva tərəfindən istifadə oluna biləcəyini bəyan edib, beynəlxalq ictimaiyyəti bu təhlükəyə ciddi diqqət yetirməyə və belə perspektivin qarşısını almağa çağırıb. Bu arada Romada keçirilən beynəlxalq konfrans zamanı Fransa prezidenti Makron Ukraynada sülh perspektivinin olduğunu açıqlayıb.

Asif Cəfərov
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin