Ukraynada hərbi zavodun rəhbəri həbs edilib

2022/10/1666504135.jpg
Oxunub: 584     00:29     23 Oktyabr 2022    
Ukraynanın Zaporojye şəhərində yerləşən “Motor Siç” hərbi zavodunun fəxri prezidenti Vyaçeslav Boquslayev həbs edilib.

Ordu.az-ın UNİAN-a istinadla xəbərinə görə, onu Ukraynanın xüsusi xidmət orqanları saxlayıb. Boquslayev vətənə xəyanətdə ittiham edilir.

Xatırladaq ki, “Motor Siç” Ukraynanın ən böyük hərbi müəssisələrindən olub təyyarə və helikopter mühərrikləri istehsal edir. Ötən ildən zavod Türkiyənin “Akıncı” PUA-ları üçün mühərrik tədarük edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   MSN  


Bizi "telegram"da izləyin