Putin Moskvada yüksək hazırlıq səviyyəsinin tətbiqi barədə fərman imzalayıb

2022/10/1666183454.jpg
Oxunub: 720     16:43     19 Oktyabr 2022    
Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Federal Dairədə, o cümlədən Moskvada yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi haqqında fərman imzalayıb.

Ordu.az xəbər verir ki, fərman əsasında ictimai asayişin qorunması və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların texniki baxışının həyata keçirilməsi gücləndiriləcək.

Kremlin saytında yerləşdirilən məlumata əsasən, Putin Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində orta səviyyəli reaksiya səviyyəsinin, Mərkəzi və Cənub Federal Dairələrinin digər bölgələrində yüksək hazırlıq səviyyəsinin tətbiq edilməsi haqqında fərman imzalayıb.

Orta səviyyəli reaksiya səviyyəsi Krım, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri və Sevastopola aiddir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin