Erməni iqtisadçı: “Hərbçilərə uduşlu oyunlar oynamağı qadağan edin”

2022/10/timth-1666173802.jpg
Oxunub: 4104     15:57     20 Oktyabr 2022    
“Hərbçilərə uduşlu oyunlar oynamağı qadağan edin”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Papikyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, son vaxtlar Ermənistan hərbi qulluqçularının bir neçə yüz dollar müqabilində hərbi əhəmiyyət kəsb edən məlumatları xarici xüsusi xidmət orqanlarına ötürməsi barədə mütəmadi məlumatlar yayılır.

“Bu cür cinayətin törədilməsinin mənəvi və psixolojidən tutmuş maddiyə qədər çoxlu səbəbləri aradan qaldırmayana qədər bu ifşalar bitməyəcək. Bununla belə, səbəblərdən birini qeyd etməliyəm: hərbçilər arasında uduşlu oyunların geniş yayılması. Onlayn oyunlar cəmiyyətimiz, o cümlədən ordu üçün xəstəliyə çevrilib. Müdafiə Nazirliyinin hərbçilərə sərt məhdudiyyətlər qoymasının vaxtı çatıb, yalnız reklam məhdudiyyətləri vəziyyəti xilas edə bilməz. Müqaviləli və müddətli hərbi qulluqçulara uduşlu oyunlar oynamaq qanunla qadağan edilməlidir. Bütün onlayn oyun platformalarında onların adına açılmış bank kartını və telefon nömrələrini bloklayın. Eyni zamanda, hərbi qulluqçuların gündəliyinə yenidən baxmaq, işlə təmin olunmasına nəzarət etmək lazımdır. Bu, artıq milli təhlükəsizliyi təhdid edən bir fəlakətdir”, - deyə Papikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu  


Bizi "telegram"da izləyin