“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır” - Podolyak

2022/03/62221-1646401688.jpg
Oxunub: 530     16:46     17 Oktyabr 2022    
“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.

M.Podolyakın fikrincə, rəsmi Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.

Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin