İtaliya şirkəti Yunanıstan HDQ-nin korvetlərini təkmilləşdirir

2022/10/1666006736.jpg
Oxunub: 414     15:09     19 Oktyabr 2022    
İtaliyada yerləşən “Fincantieri” şirkəti İtaliyanın Afinadakı səfirliyində Yunanıstan Milli Müdafiə Nazirliyi ilə bir sıra müqavilələr imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Müqavilələr çərçivəsində Yunanıstan Hərbi Dəniz Qüvvələrinə veriləcək 4 korvet üçün İnteqrasiya edilmiş Logistika Dəstəyi (ILS) və Xidmət Daxili Dəstək (ISS) təmin etmək ediləcək.

“Bu Anlaşma Memorandumlarının məqsədi xüsusi təchizat üzrə mümkün işgüzar əlaqələrin müəyyən edilməsi üçün əsas təmin etməkdir”, - deyə şirkət bildirib.

Yunan Hərbi Dəniz Qüvvələri 7-ci və sonuncu “Roussen” sinfinə daxil olan “HS Ypoploiarchos Vlahakos” (P-79) gəmisini istifadəyə verib. Yunanıstan və gəmiqayırma zavodu üçün ciddi maliyyə problemləri ilk dörd “Roussen” sinifli döyüş gəmisi ilə son üç gəminin tikintisi arasında böyük gecikməyə səbəb olmuşdu. Bu sinifdən olan ilk gəmi 2002-ci ildə suya salınaraq 2005-ci ildə, dördüncü gəmi 2005-ci ildə suya salınaraq 2010-cu ildə, beşinci gəmi isə 2006-cı ildə suya salınaraq 2015-ci ildə istismara verilib. Seriyanın altıncı gəmisi 2008-ci ildə sifariş verilsə də 2006-ci ildə suya buraxılıb və 2021-ci ildə istifadəyə verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Yunanıstan  


Bizi "telegram"da izləyin