Türkiyənin ASELSAN şirkəti ASELPOD-2 layihəsinə başlayır

2022/10/ASELP-1666006469.jpg
Oxunub: 584     15:52     19 Oktyabr 2022    
Türkiyənin ASELSAN şirkəti yeni nəsil elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemlərinin hazırlanması üçün ASELPOD-2 layihəsinə başlayır.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.

Türkiyənin milli qaynaqlarla inkişaf etdirdiyi ilk hədəfləmə sistemi olan olan ASELPOD hazırda Türkiyə Hərbi Hava Qüvvələri və Pakistan kimi müttəfiq ölkələrin hava qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur. ASELSAN ASELPOD-dan əldə etdiyi təcrübəni yeni layihəsində istifadə etməyi hədəfləyir.

Agentliyin məlumatına görə, növbəti il ərzində ASELPOD-2 layihəsinə start veriləcək. Mövcud əməliyyat ehtiyaclarını qarşılamaq məqsədi daşıyan ASELPOD-2-nin daha yüksək keyfiyyətə qabiliyyətinə malik elektro-optik komponentlərlə təchiz ediləcəyi gözlənilir.

ASELPOD əvvəllər Pakistana ixrac edilib və Pakistan Hərbi Hava Qüvvələrinin inventarındakı JF-17 “Thunder” döyüş təyyarələri tərəfindən fəal şəkildə istifadə edilib. Digər tərəfdən, Nigeriyanın da ASELPOD tədarük etdiyi vurğulanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin