ABŞ Ordusu üçün hazırlanan ən müasir “Raider-X” helikopter prototipinin 92%-i tamamlanıb

2022/10/Sikor-1665747558.jpg
Oxunub: 470     15:43     15 Oktyabr 2022    
ABŞ-ın “Lockheed Martin” şirkətinin törəməsi olan “Sikorsky” ABŞ Ordusu üçün hazırladığı ən müasir “Raider-X” helikopter prototipinin 92%-ni tamamlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Sikorsky” şirkətinin rəsmisi Cey Maklin məlumat verib.

Helikopter ABŞ Ordusunun Gələcək Hücum Kəşfiyyat Hava Vasitələri (FARA) adlı proqram çərçivəsində hazırlanır.

Şirkətin məlumatına görə, helikopterdə uçuş üçün kritik hissələr də daxil olmaqla yüzlərlə 3D çap üsulu ilə hazırlanan komponentlər quraşdırılıb.

Şirkət, həmçinin ən son rəqəmsal dizayn və istehsal üsullarından istifadə edərək prototip üçün innovativ silah sistemləri hazırlayıb və inteqrasiya edib.

“Raider-X” helikopter prototipinin sürət, döyüş radiusu və faydalı yük üçün misilsiz potensial təmin etdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raider-X   ABŞ  


Bizi "telegram"da izləyin