ABŞ Ordusuna termal silah nişangahları tədarük ediləcək

2022/10/Leona-1665747501.jpg
Oxunub: 479     14:46     15 Oktyabr 2022    
“Leonardo DRS” şirkəti ABŞ Ordusu üçün təkmil termal silah nişangahları tədarük edəcək.

Ordu.az xəbər verir ki, tərəflər arasında artıq müqavilə imzalanıb.

Əsgərlərə sürətli hədəf əldə etmə imkanları verən termal silah nişangahları ilə bağlı müqavilənin ümumi dəyəri 579 milyon dollardır.

Şirkətdən beş il ərzində yeni nəsil Silah Nişangahları Ailəsi (FWS-I) sistemlərini istehsal etməsi tələb olunur.

Portativ sistem yüngül və modul konstruksiyanı termal görüntüləmə texnologiyası ilə birləşdirir və müxtəlif əməliyyatlarda və şəraitdə əsgərlərin sağ qalma qabiliyyətini artırmağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Termal-nişangah  


Bizi "telegram"da izləyin