Ordu.az xəbər verir ki, sistemlər PUA-lar vasitəsilə suya buraxılacaq.
Sistemlər sualtı qayıqların dərin sulardakı fəaliyyətini aşkar etmək üçün istifadə olunacaq. Beləliklə, xüsusilə Yunanıstanın Egey və Şərqi Aralıq dənizindəki sualtı fəaliyyəti izləniləcək.
Dənizlərdə “stetoskop” funksiyasını yerinə yetirəcək sistemlərlə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Mavi Vətənin dərinliklərində atılan hər addımdan xəbərdar olacaq.
Sistemlər Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanıb. Onlar “Anka” və “Aksungur” PUA-larına quraşdırılacaq.
Sevinc Əliyeva
Ordu.az