Nigeriya ordusu ABŞ istehsalı “Aerosonde” PUA-larından istifadə etməyə başlayıb

2022/10/Aeros-1665747003.jpg
Oxunub: 468     15:22     15 Oktyabr 2022    
Nigeriya Ordusu ABŞ-ın “Textron Systems” şirkəti tərəfindən istehsal edilən “Aerosonde” PUA-larından rəsmi olaraq istifadə etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri yazıb.

Nigeriya ordusu PUA-ları kəşfiyyat, müşahidə və nəzarət üçün istifadə edəcək. ABŞ bundan əvvəl Nigeriyaya 9 milyon dollarlıq “Aerosonde” sabit qanadlı PUA-ların satılmasına razılıq verib.

3,7 metr uzunluğunda olan “Aerosonde” PUA-ları 14 saatdan çox uçuş müddətinə malikdir. Çoxməqsədli PUA 9 kiloqrama qədər faydalı yük daşıya bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   ABŞ  


Bizi "telegram"da izləyin