Bakıda “Müharibə dumanı” adlı sərgi açılıb

2022/10/1665680815.jpg
Oxunub: 541     20:33     13 Oktyabr 2022    
Bakıda “Müharibə dumanı” adlı sərginin açılışı olub.

Ordu.az xəbər verir ki, tədbir Bakı Höte-Mərkəzi tərəfindən Avropa İttifaqı Nümayəndəliyi ilə birgə maliyyələşdirilməsi sayəsində, “Kapellhaus”un dəstəyi və “Platformart”ın koordinasiyası ilə hazırlanıb.

Layihə Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, Almaniyadan olan rəssamları bir araya gətirir. Onların əsərləri müharibəni bütövlükdə qiymətləndirməyə imkan verir, eyni zamanda onu sənətin simvolik dili ilə tamaşaçılara çatdırır.

Sərgidə nigeriyalı rəssam Karo Akpokiere, Azərbaycandan Orxan Hüseynov, Norveçdən Verena İssel və başqalarının rəsmləri nümayiş etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə-dumanı   Sərgi  


Bizi "telegram"da izləyin