Ordu.az xəbər verir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.
Növbəti mərhələdə esminesin istismara verilməsi gözlənilir.
“Arleigh Burke Flight IIA” sinfinə məxsus idarə olunan raket esminesi “Ingalls” gəmiqayırma zavodu tərəfindən tikilir.
“Arleigh Burke” (AEGIS) sinfinə məxsus idarə olunan raket esminesləri “Aegis” silah sistemi və SPY-1D çoxfunksiyalı passiv radarı ilə təchiz edilib. Gəminin uzunluğu 155 metr, subasımı qabiliyyəti 9500 tondur.
Sevinc Əliyeva
Ordu.az