Bu barədə
Ordu.az Fransanın müdafiə naziri Sebastyan Lekornunun bəyanatına istinadən xəbər verir.
Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukrayna şəhərlərinə raket hücumları fonunda oktyabrın 10-da bir sıra Şərqi Avropa ölkələrində qoşun göndərmək barədə qərar qəbul edib.
Nazir bildirib ki, Fransa Rumıniyaya gücləndirilmiş piyada zirehli texnikası, həmçinin “Charles Leclerc” tanklarından ibarət eskadron göndərəcək. Artıq orada 750-yə yaxın fransız əsgəri yerləşdirilib.
Nazir həmçinin qeyd edib ki, “Rafale” qırıcıları Litvada, gücləndirilmiş piyadalar isə Estoniyada yerləşdiriləcək.
Ordu.az