Ordu.az xəbər verir ki, media nümayəndələrinə Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumat verilib.
Xarici media nümayəndələri burada qeydlər götürüb, fotolar çəkiblər.
Qeyd edək ki, 11.10.2020-ci il tarixində Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çox sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.
Ordu.az