Ordu.az UNIAN-a istinadən xəbər verir ki, Rivne və Krivoy Roq vilayətlərində partlayış səsləri eşidilib.
"Partlayışın təfərrüatı hələlik məlum deyil", - məlumatda qeyd edilib.
*****
Ukraynanın Odessa vilayətində partlayış olub.
Ordu.az UNİAN-a istinadən xəbər verir ki, yerli əhali partlayış səsləri eşidib.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
*****
Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd S-300 zenit raketi atıb, ölən var.
Ordu.az xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.
Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər.
Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.
*****
Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.
Ordu.az xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.
O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.
Dağıntı və tələfatla bağlı araşdırma aparılır.
Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.
Ordu.az