KİV: İran uranı Natanzda üçüncü sentrifuqa kaskadında zənginləşdirir

2020/08/aaaaa-1598250935.jpg
Oxunub: 411     09:11     11 Oktyabr 2022    
İran Natanzdakı yeraltı qurğuda IR-6 sentrifuqalarının üçüncü kaskadında uranı zənginləşdirməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məxfi hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, bu, sözügedən obyektdə işə salınan üç kaskaddan sonuncudur. Hesabata əsasən, İran AEBA-nı Natanzda quraşdırılması üçün nəzərdə tutulan 12 kaskaddan əlavə IR-2m sentrifuqalarının əlavə üç kaskadını quraşdırmaq niyyətində olması barədə xəbərdar edib.

Bundan əlavə, AEBA-ya məlumat verilib ki, müəssisədə IR-4 sentrifuqalarından ibarət kaskad və 6 kaskad IR-2m sentrifuqa quraşdırılıb, lakin onlardan hələ uranın zənginləşdirilməsi üçün istifadə edilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Natanz   İran  


Bizi "telegram"da izləyin