"Belarus öz suverenliyini Rusiyaya satır" - Podolyak

2022/03/62221-1646401688.jpg
Oxunub: 537     17:01     10 Oktyabr 2022    
"Belarus Prezidenti Aleksandr Lukaşenko öz suverenliyini Rusiyaya satmaqda davam edir".

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, Kiyev bütün riskləri qiymətləndirir: "Biz istənilən təhlükəyə hazırıq. Durum nəzarət altındadır”.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Aleksandr Lukaşenkonun regional qoşun qruplaşmasının birgə fəaliyyəti haqqında razılığa gəlmələri barədə məlumat yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Ukrayna  


Bizi "telegram"da izləyin