Ukrayna Prezident Ofisi Rusiya ilə bağlı beynəlxalq tribunalın yaradılmasını tələb edib

2022/03/62221-1646401688.jpg
Oxunub: 382     12:53     10 Oktyabr 2022    
Ukrayna Prezident Ofisi Rusiya ilə bağlı beynəlxalq tribunalın yaradılmasını tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, Ukrayna şəhərlərinin kütləvi şəkildə hədəf alınması müharibə cinayətidir: “Mümkün cavab Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi, Rusiyanın beynəlxalq tribunala çıxarılmasıdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin