Zaporojye şəhərinə raket hücumu nəticəsində 17 nəfər ölüb, onlarla yaralı var

2022/10/1665294053.jpg
Oxunub: 552     08:16     09 Oktyabr 2022    
Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevə istinadən xəbər yayıb.

Zərbələr nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.

"İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur", - Kurtev qeyd edib.

O, sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.

Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zaparojye  


Bizi "telegram"da izləyin