“Strava” şirkəti tərəfindən təqdim edilən fitnes proqramı istifadəçilərin həyata keçirdikləri məşqləri qeyd edir, onları başqaları ilə paylaşmağa imkan verir, istifadəçilər tərəfindən izlənilən bütün fəaliyyəti göstərən məlumatların vizual xəritəsini hazırlayır.

2017-ci ilin noyabrında buraxılan xəritə “Strava”ya yüklənmiş hər bir fəaliyyəti göstərir. Şirkətin məlumatına görə, bura 3 trilyondan çox fərdi GPS məlumat nöqtəsi daxil edilib. Tətbiq böyük şəhərlərdə məşhur qaçış marşrutlarını görmək və ya qeyri-adi məşq nümunələri olan daha uzaq ərazilərdə fərdləri tapmaq üçün “Fitbit” kimi smartfonlar və fitnes izləyiciləri də daxil olmaqla müxtəlif cihazlarda istifadə edilə bilər.
Hərbi analitiklər qeyd edirlər ki, xəritə olduqca həssas məlumatları da ehtiva edir. Proqramdan istifadə edən aktiv xidmətdə olan hərbi qulluqçular haqqında son dərəcə həssas məlumatlar əldə oluna bilər.
Ekspertlər qeyd edir ki, proqram sayəsində ABŞ bazaları aydın şəkildə müəyyən edilə və xəritədə göstərilə bilər.

“Əgər əsgərlər proqramdan normal insanlar kimi istifadə etsələr, məşq etməyə getdikləri zaman izləmə funksiyasını aktivləşdirsələr, bu xüsusilə təhlükəli ola bilər”, - deyə ekspertlərdən biri bildirib.
Əfqanıstan, Cibuti və Suriya kimi yerlərdə “Strava” istifadəçiləri demək olar ki, yalnız xarici hərbçilərdir, yəni buradakı bazaları aydın şəkildə görmək mümkündür. Məsələn, Əfqanıstanın Helmand əyalətində əməliyyat bazalarının yerləri qara xəritədə ağ rəngdə aydın görünür.
Baza özü “Google Maps” və ya “Apple Maps” kimi kommersiya provayderlərinin peyk görünüşlərində görünmür, lakin “Strava” vasitəsilə aydın şəkildə görünə bilər.

Birbaşa münaqişə zonalarından kənarda potensial həssas məlumatlar hələ də əldə edilə bilər. Məsələn, Nevada ştatının Homey Hava Limanının xəritəsində (ABŞ Hərbi Hava Qüvvələrinin 51-ci ərazi kimi tanınan bazası) nazik qırmızı xətt ilə işarələnmiş Damat gölünün qərb kənarı boyunca bazadan çıxan velosipedçini görmək olar.
Folklend adalarında yerləşən “Mount Pleasant” bazası xəritədə parlaq şəkildə işıqlandırılır və oradakı min britaniyalı personalın məşq rejimlərini əks etdirir.
Dəyanət Ağalarlı
Ordu.az