Ərdoğan: “Proseslər Türkiyənin Avropa üçün açar ölkə olduğunu təsdiqləyir”

2022/10/maxre-1665083281.jpg
Oxunub: 368     23:07     06 Oktyabr 2022    
“Baş verən proseslər Türkiyənin Avropa İttifaqı və Avropa üçün açar ölkə olduğunu təsdiq edir”.

Ordu.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynamasıdır.

Ərdoğan bu müharibədə axan qanın dayandırılması üçün böyük səylər göstərdiyini vurğulayıb: “Taxıl koridorunun davamlı şəkildə işləməsi bütün dünya və Ukrayna xalqının xeyrinə olacaq. Bu arada, Rusiya gübrəsinin Türkiyə üzərindən ehtiyacı olan ölkələrə göndərilməsi niyyətindəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin