ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirir

2021/10/610c9-1634186356.jpg
Oxunub: 390     22:47     06 Oktyabr 2022    
ABŞ administrasiyası İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Siyahıya iki nazir də daxil olmaqla daha 7 məmurun adı daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri - Əhməd Vahidi və İsa Zarepurun adları "qara siyahı"ya salınıb.

Məhdudiyyətlər "İranda internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edən" şəxslərə şamil edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin