İsveç və Türkiyə liderləri NATO-ya üzvlüklə bağlı memorandumun icrasını müzakirə edib

2022/10/Getty-1665080068.jpg
Oxunub: 293     22:01     06 Oktyabr 2022    
İsveçin Baş naziri səlahiyyətlərini icra edən Maqdalena Andersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-ya üzvlüklə bağlı memorandumun icrasını müzakirə edib.

Ordu.az "Haber Global"a istinadən xəbər verir ki, liderlər Fransa Prezidentinin təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən yaradılmış yeni siyasi platforma olan Avropa Siyasi Birliyinin (AQS) birinci sammiti çərçivəsində görüşüb.

Andersson isveçli jurnalistlərə bildirib ki, ölkəsi İsveç Madriddə əldə olunmuş razılaşmaya uyğun hərəkət edir.

İsveçli nazir onu da qeyd edib ki, bu görüşdən əvvəl hökumət başçısı postunda onun yerinə keçəcəyi gözlənilən Ulf Kristerssonla danışıb və Ərdoğana hökumət dəyişikliyindən sonra vəziyyətin necə inkişaf edəcəyi barədə məlumat verib.

İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokollar bu il iyulun 5-də alyans ölkələrinin nümayəndələri tərəfindən imzalanıb. Üzvlük müraciəti təşkilatın 28 ölkəsi tərəfindən təsdiqlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Türkiyə  


Bizi "telegram"da izləyin