Kreml: Zelenskinin bəyanatı dümya müharibəsinə çağırışdır

2021/09/15483-1630570894.jpg
Oxunub: 399     21:46     06 Oktyabr 2022    
ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri Zelenskinin Rusiyaya qarşı qabaqlayıcı zərbələr barədə bəyanatına xüsusi diqqət yetirməlidir.

Ordu.az-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü vurğulayıb ki, ABŞ və Böyük Britaniya faktiki olaraq Kiyevin fəaliyyətinə cavabdehdirlər və buna görə də Zelenskinin bəyanatlarına görə məsuliyyət daşımalıdır.

"Zelenskinin bəyanatları gözlənilməz dəhşətli nəticələri olan dünya müharibəsinə başlamaq çağırışından başqa bir şey deyil", - deyə Peskov vurğulayıb.

Qeyd esək ki, Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, NATO Rusiya Federasiyasına qabaqlayıcı zərbələr endirməlidir, Rusiyanın nüvə zərbələrini gözləməməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Zelenski  


Bizi "telegram"da izləyin