BMT Azərbaycanın keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması niyyətini dəstəkləyir - Quido Ambrozo

2022/10/trend-1665070594.jpg
Oxunub: 408     19:22     06 Oktyabr 2022    
BMT Azərbaycanın keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş ərazilərə qaytarılması niyyətini dəstəkləyir.

Ordu.az-ın məlumatına görə, bunu BMT-nin qaçqınların işi üzrə ali komissarın nümayəndəsi Quido Ambrozo Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

Onun sözlərinə görə, bu, uğurlu və dayanıqlı həll yoludur.

"Böyük qayıdış proqramı çərçivəsində Azərbaycan hökuməti qarşısında uzunmüddətli həll qismində tikinti və bərpa, minaların təmizlənməsi, eləcə də bütün sosial təbəqələr üçün cəlbedici şəhər mərkəzlərinin yaradılması üzrə böyük hədəflər dayanır", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Azərbaycan  


Bizi "telegram"da izləyin