Zaxarova: Azərbaycan və Ermənistan üçtərəfli bəyanatların icrasına çalışmalıdır

2022/08/d047c-1661003254.jpg
Oxunub: 334     17:11     06 Oktyabr 2022    
“Təəssüflər olsun ki, bu tip informasiya mütəmadi olaraq yayılır. Hər iki tərəf belə məlumatlar səsləndirir. Biz həm KİV vasitəsilə bu materiallarla tanış olmaq imkanına malikik, həmçinin tərəflər bizə məlumatları təqdim edir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən araşdırılan video ilə bağlı suala cavabında bildirib.

O qeyd edib ki, bütün baş verən bu tip hallar təxirəsalınmaz, dəqiq və hərtərəfli təhlil olunmalıdır. Həmçinin burada hərbi cinayətlərin baş verib-verməməsi də dəqiqliklə yoxlanmalıdır.

XİN rəsmisi vurğulayıb ki, bu gün hər iki tərəf (Azərbaycan və Ermənistan – red.) üç ölkə liderlərinin imzaladığı razılaşmaların bütün bəndlərinin həyata keçirilməsinə çalışmalıdır. Bura həmçinin digər məsələlər də daxildir – saxlanılanların dəyişdirilməsi, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi, regionun humanitar-mədəni irsinin qorunub saxlanması.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin