İrandan keçməklə Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yolun tikintisi sürətləndirilir

2022/10/633ec-1665061367.jpg
Oxunub: 402     16:42     06 Oktyabr 2022    
Moskvada Azərbaycan Baş naziri Əli Əsədovla İranın vitse-prezidenti Məhəmməd Mohber arasında ikitərəfli görüş keçirilib.

Ordu.az xəbər verir ki, Rusiya paytaxtında keçirilən II Xəzər İqtisadiyyat Forumu çərçivəsində baş tutan görüşdə Azərbaycanla İran arasında münasibətlər müzakirə olunub.

M. Mohber görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, iki ölkə arasında sazişlər, əldə olunan razılaşmalar uğurla həyata keçirilir.

İran vitse-prezidenti bildirib ki, Prezident İbrahim Rəisi Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək və ölkə ərazisindən keçəcək yolun çəkilişini tezləşdirmək barədə göstəriş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin