Azad olunmuş ərazilərdə arxeoloji abidələrin bərpasına başlanılıb

2022/10/anar_-1665046597.jpg
Oxunub: 300     12:40     06 Oktyabr 2022    
Azad olunmuş ərazilərdə arxeoloji abidələrin bərpasına başlanılıb.

Ordu.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən "Mədəni və tarixi irsin post-konflikt dövründə bərpası" sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Üzərliktəpə, Qullərtəpə və Yedditəpə kimi arxeoloji abidələrin qorunması üçün addımlar atılıb: “Üzərliktəpədə arxeoloji qazıntılar təşkil olunub. Hazırda Füzulidəki Yedditəpədə qazıntı işləri aparılır”.

Nazir o cümlədən, işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət abidlərinin qorunması və bərpası ilə bağlı yol xəritəsinin təsdiqləndiyini vurğulayıb: “Bu yol xəritəsi yerli və xarici ekspertlərlə birgə işlənərək hazırlanıb. Bərpa prosesi 6 mərhələdən ibarətdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azad-edilmiş-ərazilər  


Bizi "telegram"da izləyin