Qazaxıstan XİN: Rusiya səfiri ilə sərt formada söhbət aparılıb

2022/10/633e8-1665043361.jpg
Oxunub: 376     11:58     06 Oktyabr 2022    
Qazaxıstan Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Borodavkinin bu ölkəyə çağırılması ilə bağlı açıqlama yayıb.

Ordu.az xəbər verir ki, Nazirliyin açıqlamasında Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukraynanın Qazaxıstandakı səfiri ilə bağlı səsləndirdiyi fikirlərə görə XİN-ə çağırıldığı və onunla kifayət qədər sərt söhbət aparıldığı bildirilib.

Həmçinin rusiyalı səfirə Zaxarova tərəfindən səsləndirilən fikirlərin Qazaxıstan və Rusiya arasındakı eyni hüquqlu strateji əməkdaşlığa uyğun olmadığı və iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Rusiya  


Bizi "telegram"da izləyin