Paşinyan artıq seçimini edib?

2022/08/1659960780.jpg
Oxunub: 405     12:07     06 Oktyabr 2022    
Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. O, eyni zamanda Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezienti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə dördtərəfli görüşdə iştirak edəcək.

Paşinyan qeyd edib ki, “bu görüşlər sülh gündəliyinin müzakirəsinə uyğundur”.

Erməni politoloq Ruben Marqaryan hesab edir ki, bugünkü görüşlərdən, eləcə də oktyabrın 14-də Putinlə mümkün görüşdən çox şey asılıdır.

“Əslində bir çox son məsələlərlə bağlı dəqiqləşdirmələr olacaq. Bir sıra faktlar sübut edir ki, biz yol ayrıcına yaxınlaşırıq və Paşinyan artıq öz seçimini edib”, - deyə Marqaryan bildirib və əlavə edib ki, oktyabr ayı müxtəlif məsələlər baxımından Ermənistan üçün həlledici olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Seçim  


Bizi "telegram"da izləyin