“Joğovurd”: Paşinyan Rusiyanın Ermənistanın suvernliyini əlindən almaq istədiyini gizlətmir

2022/04/625ef-1650392068.jpg
Oxunub: 465     15:38     06 Oktyabr 2022    
Ermənistan Baş naziri Nikol Paşinyanın Praqada Ərdoğan və İlham Əliyevlə keçirəcəyi görüşlər, o cümlədən Nikol Paşinyanın ailəsinə məxsus mediada “etibarlı mənbə” ilə dərc olunan silsilə yazılar erməni cəmiyyətində həyəcan yaradıb.

Ordu.az xəbər verir ki, bunu “Joğovurd” nəşri yazıb.

Müəllif qeyd edir ki, Ermənistanın “inqilabçılar” Rusiya ilə vidalaşmaq istəyirlər və buna görə də, narahatlıqlar əsaslıdır.

“Bu günlərdə Nikol Paşinyan komanda yoldaşları ilə söhbətində tezislər təqdim edir ki, Rusiya bizim suverenliyimizi əlimizdən almaq istəyir, ona görə də biz onunla vidalaşıb Avropa və Amerikaya üz tutmalıyıq. Bu günlərdə hökumətdə anti-Rusiya əhval-ruhiyyəsi yayılır. Paşinyanın anti-Rusiya təbliğatından reallıq hissini itirən “Vətən müqaviləsi” partiyasının üzvləri Rusiya ilə bütün əlaqələri yavaş-yavaş qırıb avropalılara və amerikalılara öz sevgilərini göstərməli olduqlarını belə gizlətmirlər.

Bununla belə, hakimiyyət özlərinə sadə bir sual vermir: iqtisadiyyatımızın böyük hissəsi Rusiya Federasiyasının əlindədirsə və Rusiya sərhədçiləri Ermənistanın suveren ərazisinə nəzarət edirsə, onlar Rusiya ilə necə vidalaşmaq istəyirlər?”, - deyə nəşr bildirib.

Alpər Mövldoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin